"Tottenhem" klubu Timo Verner barədə qərar verib.
Offsideplus.az xəbər verir ki, London təmsilçisi alman futbolçunu daha bir il müddətinə komandada saxlamaq istəyir. Bu həftə rəsmi açıqlamanın yayımlanması gözlənilir.
Qeyd edək ki, Verner "Leypsiq" klubundan "Tottenhem"də icarədədir.